Deputat Sevinc Fətəliyevanın, sabiq deputat Əsabil Qasımovun, Ali Məhkəmənin kollegiya sədri Kəmalə Abiyevanın, onun həyat yoldaşı- vəkil Zaur Abiyev və «Yelobank»ın İdarə Heyətinin sədrinin sahibkarı müflis planı…
https://tezadlar.az/deputat-sevinc-feteliyeva-baresinde-yazilanlar-saytlardan-niye-silinib/
(Əvvəli ötən yazıda)
…Ötən yazıda Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyevanın həyat yoldaşı Zaur Abiyevin «Yelobank»ın hüquq Departamentinin sədri və İdarə Heyətinin üzvü olduğu dövrdə «Tovuz-Baltiya» MMC-nin rəhbərliyini necə aldadıb tələyə salmasından yazmışdıq. «Təzadlar»ın Araşdırma Qrupu mötəbər sənəd və sübutlar əsanıda onu da müəyyən etmişdir ki, bütün baş verənlərin başında «Yelobank» İdarə Heyətinin sədri Anar Həsənov durur, hansı ki, onun həyat yoldaşı Sevinc Fətəliyeva deputat statusundan istifadə edərək «Yelobank»ın idarə heyətinin üzvü, eyni zamanda bankın hüquq departamentinin rəhbəri olan Zaur Abiyev (onun da həyat yoldaşı Ali Məhkəmənin Kommersiya Kollegiyasının hazırkı sədri Kəmalə Abiyevadır) durur. Onların isə ciddi-cəhdlə müdafiəsinə qalxdıqları sabiq deputat Əsabil Qasımovdur.
Bəs keçmiş deputatı yuxarıda adlarını və vəzifələrini, statuslarını sadaladıqlarımızla nə birləşdirir? Yəqinki çox maraqlıdır…
***
Beləliklə, bir daha xatırladaq ki, bütün baş verənlərin ağırlıq mərkəzində o dayanırdı ki, hazırda vəkillik fəaliyyəti ilə məhğul olan Zaur Abiyev, iş adamı Naiq Məmmədhəsənovla görüşüb onu aldatma niyyətini ortaya qoanda, hətta inandırmaq üçün deyir ki, həyat yoldaşı Kamalə Abıyeva (hazırda Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri) Bakı Apellyasiya Məhkəməsində hakimdir, qəti narahat olma, gələcəkdə bank tərəfindən problem olarsa, onun dəstəyi ilə məhkəmələrdə bütün problemləri özü həll edəcək…
Yalan ayaq tutdu, amma yeriyə bilmədi…
Bəli, sonradan Zaur Abıyev Sahibkarlığın İnkişafı Fondundan 3 milyon manat güzəştli kreditin ayrıldığını, lakin «Azər-Frans» MMC-yə ayrılmış 863.000 manatdan qalan borc tam bağlanmayınca güzəştli kreditin verilməsinin mümkünsüz olduğunu bildirir… Sahibkar Naiq Məmmədhəsənov çətin durumla qarışlaşır: bəs görüşəndə verilən vəd və söz???
O, məcbur olub borc-xərc 863 min manatın qalan hissəsini də banka ödəyir, vaxtından əvvəl tam bağlayır. Bank isə Mərkəzi Bankın (bundan sonra: AMB) Kredit Reyestri Xidmətinə 863 min manat kreditin “Azər-Frans” MMC-tərəfindən tam bağlanması və borcun olmaması barədə AMB-yə həm elektron, həm də kağız üzərindən hesabat verir. Bu hələ harasıdır, yalan yayaq tutub yeriməyə başlayır… Və bundan sonra Zaur Abıyev 3 milyon manat güzəştli krediti vermək üçün əlavə olaraq 4 ipoteka və bir girov müqaviləsi də bağlatdırır. İş adamı isə hələ də ona inanır… Bütün bunlardan sonra bankın hesabına ayrılacaq 3 milyon manat kreditin verilməsi üçün 10 %, yəni 300 min manat nağd vəsaitin banka nağd ödənilməsini tələb edir. Niyə??? Naiq Məmmədhəsənov nəsə şübhələnir, kredit tələsinin «səsini» eşidir, Zaur Abıyevin bu təklifinə qəti etirazını bildirir.
Beləcə, bu etirazdan sonra bank rəhbərliyi şirkətin aidiyyəti əməkdaşlarını banka buraxmır, telefonlarına cavab vermirlər. Ən nəhyət, Naiq Məmmədhəsənov onu aldadan, sözünün arxasında durmayan Zaur Abıyevə zəng edir, Zaur Abıyev də heç bir telefona və mesajlara, məktublara cavab vermir. «Yelobank» ASC-nin («Nikoyl» İKB) Zaur Abıyevin vasitəsi ilə “Tovuz-Baltiya” MMC-yə vurduğu ziyanla bağlı bankın ödəyəcəyi 1 milyon 763 min 625 manat iddia tələbindən imtina etməsi üçün, sərhəd bölgəsində iş yeri yaratmaq niyyəti və yeni üzüm bağı salınması məqsədi ilə sahibkara 3 milyon manat grediti 10-18 ay müddətinə verməyə razı olur. Amma iş adamı artıq şübhələrində yanılmadığını anlayır və başa düşür ki, bu da növbəti tələdir. Beləcə, bank 863 min manat qısa müddətli yüksək faizli kreditilə köhnə borcları bağlamaq üçün razılıq şərtini pozaraq 463 min manatı da ssuda hesabına köçürülmədən(bu böyük qanun pozuntusu idi), birbaşa köhnə kredit adı ilə silinməsinə imza atır. Beləcə, 863 min manat pul vəsaiti 3 milyon güzəştli krediti vermək bəhanəsi ilə güdaza verilir… Və bank rəhbərliyi bu ad altında və bu bəhanə ilə qısa müddətli krediti bağlayıb, sonra isə girovda olan əmlakların Zaur Abıyev tərəfindən yenidən yüklülük dəyərini aşagı yazılaraq yeni ipoteka müqaviləsi bağlayıb mülkləri saxta borc iddiası ilə öz adlarına keçirmək niyyətində olduqlarını gizlədə bilmirlər. Bir sözlə, artıq aldadıldığını hiss edən sahibkar 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verir. Məhkəmə şikayətə baxaraq 26.04.2016-cı il tarixində (hakim Aidə Hüseyli, İş № (2-2)81- 55/2016 saylı qətnamə ilə) sahibkarın xeyrinə ədalətli qətnamə çıxarır.

Pulum gedincə canım çıxsa…
Qurduğu tələ baş tutmadığını görən Bank rəhbərliyi həmin qətnamədən apellyasiya şikayəti verir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 23 avqust 2016-cı il tarixli, İş № 2-2(103)-498/2016 saylı (hakim Valeh Ağayev) ədalətli qətnaməsi ilə bankın apellasiya şikayətini rədd edir.
***
«Yelo-Bank» rəhbərliyi məhkəmələrdə də tamamilə uduzduqlarını görüb bu dəfə ağlagəlməz bir yola əl atır… Çünki Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində saxta borc iddiaları ilə bağlı sahibkarın şikayətinin ardınca ifşa olunduqlarını görən “Yelo-Bank“ rəhbərliyi “Tovuz-Baltiya” və ”Azər-Frans” MMC-lərin Tovuz rayonunun 14 saylı Ərazi Vergilər İdarəsində vergi uçotunda olmasından istifadə edərək idarəyə uzun-uzadı iddia yazışmalarına başlayır, iş üzrə mübahisənin bundan sonra Tovuz rayon Məhkəməsində baxılmasına nail olur…
Sənə güvəndiyim məhkəmə, sənə də…
Yuxarıda dedik, sahibkar başa düşür ki, həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqi və təsiri ola bilər deyə, işini etibarlı tutması, bankla mübarizəsində dayanıqlı olması vacibdir. Amma və lakin… Məsələ ondadır ki, qarşıda banka bağlı problemli şəxslər var idi və deputat Sevinc Fətəliyevanın, Ali Məhkəmənin kollegiya sədri Kəmalə Abiyevanın, onun həyat yoldaşı- Bankın İH-nin üzvü və hüquq Departamentinin rəhbəri olan Zaur Abiyev və «Yelobank»ın İdarə Heyətinin sədrinin sahibkarı müflis planı işə düşmüşdü. Axı Naiq Məmmədhəsənovun günahı nə idi ki, Tovuzun sərhəd kəndində üzüm bağı salır, əhalinin məşğulluğuna töhvə vermək istəyir???
***
Sözün bitdiyi yer: ”Yelobank”ASC “Azər-Frans” MMC-yə ayırdığı 863 min manat qısamüddətli kreditin heç bir manatının belə ödənişini aparmadan 863.000 manat əsas borcun üstünə 714.526 manat əlavə faizlər, cərimələr, dəbbələr əlavə edərək, borcu süni surətdə 1 milyon 577 min 526 manata gətirib çatdırır! Və guya sahibkarın bu qədər borcunun olması ilə bağlı məhkəmədə iddia qaldırır.
Haşiyə: vacib məqam budur ki, Zaur Abıyev bu kreditin tam bağlanması ilə bağlı Mərkəzi Bankın Kredit Reyestri xidmətinə həm elektron, həm də yazılı hesabat verərək kredit borcunun “0.00” manat, faiz borcunun “0.00” manat, gecikən günlərin sayının “0” gün olduğunu təsdiq etmişdir.
Beləliklə, Tovuz Rayon Məhkəməsi işin mürəkkəbliyini nəzərə alaraq, 11.09.2019-cu ildə iş üzrə ilkin məhkəmə-mühasibatlıq ekspertizası təyin edir. «Yelo-Bank» rəhbərliyi isə 14 ay ərzində ekspertin vəsatətlərində tələb olunan sənədləri məhkəməyə vermir. Niyə? İnsafən, bank düz də edir, axı olmayan şeyi ekspertə necə versin ki?!
Beləcə, ekspert məcbur olub 30.12.2020-ci il tarixində bankın iddia etdiyi saxta borc məbləğinin müəyyən edilməsinin mümkünsüz olması barədə № 28452 saylı rəy verir, məhkəməyə təqdim edir. Tovuz rayon Məhkəməsi ekspertiza keçirilməsi ilə bağlı 2-ci dəfə əlavə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi üçün işi Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərir. Ekspertlərin vəsatətlərində tələb olunan ssuda hesablarından çıxarış sənədlərini bank ikinci dəfə ekspert baxışı zamanı məhkəməyə təqdim edə bilmədiyindən ekspert 15 noyabr 2021-ci il tarixində bankın saxta iddia tələbi ilə bağlı rəyin verilməsinin mümkünsüz olması barədə bu dəfə № 9/4462 saylı 2-ci dəfə ekspert rəyi verməli olur.
Sual olunur, bank məhkəmə iddiası qaldırıbsa, niyə tələb olunan sənədləri espertə vermir və ya verə bilmir? Deməli, məqsəd baş qatmaq, sahibkarı bezdirmək, yormaq, sərhəd bölgəsində görməli olduğu işdən əlini soyutmaqdır! Niyə axı???

”Yelobank” ASC rəhbərliyi 11.09.2019-cu ildən-15.11.2021-ci il tarixədək məhkəmənin verdiyi 1 ay müddətə qarşı ötən 27 ay ərzində ekspertlərin tələb etdiyi sənədləri məhkəməyə təqdim etmədiyinə görə ekspertlərin verdiklrəri rəylərdən sonra uduzacağını hiss edir, bu dəfə işin Tovuz rayon Məhkəməsində baxılmasına etiraz edərək, uzun -uzadı yazışmalardan sonra işin Gəncə Kommersiya Məhkəməsində baxılmasına nail olurr.
Gəncə Kommersiya Məhkəməsi isə Ali Məhkəməyə işin adiyyatı üzrə baxılmasının mümkünlüyü ilə bağlı sorğu verir. Ali Məhkəmə işin Gəncə Kommersiya Məhkəməsində deyil, Tovuz Rayon Məhkəməsində baxılması barədə obyektiv qərar verir… İş yenidən Tovuz rayon Məhkəməsinə qaytarılır.
İndi diqqət edək, görün məhkəmədə nə baş verir: Tovuz Rayon Məhkəməsi (məhkəmənin sədri və hakimi Zaur Hünmətov) 13 iyun 2022-ci ildə № 2(062)-1400/2022 saylı qərardadla işin mürəkkəbliyini nəzərə alıb, 2-ci dəfə məhkəmə mühasibatlıq ekspertizası keçirildiyini, rəy vermək üçün kifayət qədər sübutlar olmasını, lakin süni olaraq rəyin verilmədiyini, təkrar ekspertlərin apardıqları tədqiqatdakı boşluğun aradan qaldırılması məqsədi ilə 3-cü dəfə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini bildirərək, məhkəmə-mühasibatlıq və müstəqil qiymətləndirmə ilə bağlı rəylərin əldə edilməsi üçün 13.06.2022-ci il №2(062)-1400/2022 saylı qərardadla 3-dəfə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edir. Niyə? Əvvəlki ekspert rəylərində bank rəhbərliyi tələb edilən sənədləri ekspertə verməyibsə, üçüncü dəfə verəsəkdi ki?!
Beləliklə, hakimin bu qərardadı ilə bağlı ekspertlər əvvəlki qaydada 3-cü dəfə də əvvəlki qərardadın icrasında olduğu kimi, çoxsaylı vəsatətlər verərək bankdan müvafiq ssuda hesablarından çıxarışları tələb etsələr də, «Yelo Bank» ASC rəhbərliyi 27 ay ərzində əvvəllər sənədləri məhkəməyə vermədiyi kimi, bu dəfə 7 ay ərzində də sənədləri ekspertə təqdim etmir. Təkrar edirik, olmayan sənədi necə versin ki!
Nəticədə ekspert 3-cü dəfə bankın borcla baglı iddiasına rəy verilməsini mümkünsüz sayır.
Məhkəmədən hoqqabazlıq…
Hakim Zaur Hünmətov isə, belə olan halda nə etməli idi? Təbii ki, ədalətli qərar qəbul edərək sənədləri gizlətdiyi üçün banka qarşı qanuni tədbir görməli və sahibkarın xeyrinə qətnamə çıxarmalı idi. Amma görün hakim Zaur Hünmətov nə edir: hakim 28.02.2023-cü il tarixli qətnaməsində (səhifə 13-14) yazır: «…Məhkəmə Bankın respublikamızda mülki dövriyyənin sabitliyini təmin etməklə bağlı böyük rolunun olmasını nəzərə alaraq, həm də prosessual qənaət prinsipi baxımından işin ekspertizaya göndərilməsini zəruri hesab etmir!».
Yaxşı, hörmətli hakim, nooldu, bank üçüncü dəfə də ekspertə tələb olunan sənədi vermədiyindən belə qərara gəlibsinizsə, bunu az qala iki il uzatmaqdansa, niyə elə əvvəldən demirdiniz???
-Tovuz rayon Məhkəməsi niyə ədalətin yanında deyil, Rusiya mənşəli bankın həndəvərində dayandı?
-Bank ssuda borcu sənədlərini niyə məhkəməyə təqdim edə bilmir, axı bu məhkəmə iddiasının əsası demək idi?
-Bəs bank rəhbərliyi niyə Zaur Abıyev kreditin tam bağlanması ilə bağlı Mərkəzi Bankın Kredit Reyestri xidmətinə həm elektron, həm də yazılı hesabat verərək kredit borcunun “0.00” manat, faiz borcunun “0.00” manat, gecikən günlərin sayının “0” gün olduğunu təsdiq etməsini nə tez unudub???
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu







