Əsas məzmuna keç

“Marneulidə yaşayan etnik azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır və hamı ilə eyni hüquqlara malikdirlər”

“Uşaqların dini tərbiyəsində valideynlərin rolu ilə bağlı müzakirələr yeni deyil. Bu suallar bütün dinlərə eyni dərəcədə aiddir. Məsələn, xaç suyuna salınma, oruc tutmaq, ibadət yerlərinə getmək, müxtəlif dini simvolları daşımaq və s.

 Tezadlar.az xəbər verir ki, bu barədə Tolerantlıq və Müxtəliflik İnstitutunun təsisçisi və hüquq müdafiəçisi Mako Qavtadze sosial şəbəkədə paylaşım edib. O bildirib ki, beynəlxalq insan hüquqlarına əsasən, valideynlərin uşaqlarını öz inanclarına uyğun tərbiyə etmək hüququ var. Uşaqların da din azadlığı hüququ mövcuddur. Dövlətin müdaxiləsi yalnız konkret uşağın real zərər görmək təhlükəsi ilə üzləşdiyi hallarda əsaslı hesab edilə bilər. Bütün bir qrupa dair ümumiləşdirmələrə və ehtimallara əsaslanan müdaxilə isə əsaslı sayıla bilməz. Qavtadzenin sözlərinə görə, iki fərqli vəziyyəti də bir-birindən ayırmaq vacibdir: qadının hicab taxmağa məcbur edilməsi və hicabı öz seçimi, eləcə də dini inancı əsasında taxması. Din azadlığı həm hicab taxmaq, həm də taxmamaq hüququnu qoruyur. O qeyd edib ki, hazırda müşahidə olunan vəziyyət isə fərqlidir. Müzakirələr Gürcüstan müsəlmanlarına və etnik azərbaycanlılara, xüsusilə Marneuli sakinlərinə qarşı hücumlara çevrilib. Qavtadzenin fikrincə, hicablı qızların və qadınların, eləcə də ümumilikdə müsəlmanların foto və video materialları manipulyativ şəkildə yayılır. Müsəlmanlar və etnik azərbaycanlılar kollektiv şəkildə “agent” adlandırılır.

Mako Qavtadze vurğulayıb ki, müsəlmanlar, o cümlədən Marneulidə yaşayan etnik azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır və hamı ilə eyni hüquqlara malikdirlər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…