Əsas məzmuna keç

Regional Mədəniyyət İdarəsinin rəisi ölü vəziyyətdə aşkarlanıb

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib.

Bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb.

Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Vüsal İbrahimov bu ilin avqustunda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. O, daha əvvəl Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…