Əsas məzmuna keç

Parol verməyən qadını döydü – Cəzalandırıldı

Qubada kişi qonşu qadını döyüb.

Tezadlar.az-ın xəbərinə görə, hadisə Çiçi kəndində baş verib.

48 yaşlı Vüqar İsmayılov (şərti adla) qonşu Rufanədən (şərti ad) internetin parolunu istəyib. Bu zaman həyətdə telefonla danışan qadın “WiFi” parlonu verməyib və Vüqarı söyüb. Qonşular arasında yaranan mübahisə zamanı Vüqar sillə və yumruq zərbələri ilə Rufanəni döyüb. Zərərçəkənin sözlərinə görə, bundan başqa Vüqar onun saçından tutaraq, başını divara çırpıb

Hadisə ilə bağlı V. İsmayılov saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Rufanə ona söyüşlər söyüb. O, söyüşləri dayandırmasını tələb etsə də, qadın buna məhəl qoymayıb və əsəbiləşərək, məlum hadisəni törədib. O, əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Zərərçəkən Rufanə isə təqsirləndirilən şəxslə barışdığını bildirib.

Məhkəmənin qərarı ilə Vüqar İsmayılov qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay islah işləri cəzasına məhkum olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…