SOCAR-ın həyata keçirdiyi “Smart Urbanization Capstone” yarışında BANM-in iki komandası I və II yerləri qazanıb.
156 komandanın müraciət etdiyi yarışda finala yüksələn 6 komanda arasında yer alan BANM-in “KÖKSOY” komandası I, “CitraGel” komandası isə II yerə layiq görülüb.
Bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
““KÖKSOY” komandasının üzvləri, Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri:
Aysun Pirxiyeva, Aysu Rzayeva, Ləman Qəhrəmanzadə, Əsmər Eyvazlı, “CitraGel” komandasının üzvləri, Kimya mühəndisliyi ixtisasının V kursu tələbələri Səbinə Qasımova, Lalə Məhəmmədova, Nəzrin Əhmədova, Ayişə Baxşıyeva.
Təbrik edir, qürur duyuram!”, – deyə o, qeyd edib.
JASMİN







