Əsas məzmuna keç

Bakıda 3 avtobusun marşrutu dəyişdirilir

Oktyabrın 21-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Yeni Həyat və Şirvan küçələrinin kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Tezadlar.az xəbər verir ki, AYNA-dan bildirilib ki, məhdudiyyət səbəbindən 114B, 555 və 557 saylı marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

114B saylı marşrutun Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev-Sahil avtomobil yolu, Şirvan küçəsi, Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad), Yeni Həyat küçəsi ilə təşkil ediləcək.

Əks istiqamətdə avtobuslar Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Şirvan küçəsi, H.Z.Tağıyev-Sahil və Bakı-Şamaxı-Yevlax avtomobil yolları ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.

555 və 557 saylı marşrutların Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev-Sahil avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad), Şirvan küçəsi, Bakı-Şamaxı-Yevlax avtomobil yolu təşkil ediləcək.

Əks istiqamətdə avtobuslar Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Şirvan küçəsi, H.Z.Tağıyev-Sahil avtomobil yolu ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.

Hər üç marşrutun son dayanacağı Yeni Həyat küçəsi, giriş 289 ünvanında təyin edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…