Əsas məzmuna keç

XİN-dən Fransaya səfərlə bağlı xəbərdarlıq

Fransada iğtişaşları, zorakılığı və vətəndaş itaətsizliyi faktlarının son günlər ərzində geniş vüsət aldığını nəzərə alaraq, Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) səyahət xəbərdarlığında bildirilib.

Hazırda Fransada olan Azərbaycan vətəndaşlarından təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur.

“Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi

ÜNVAN: 78, avenue d’Iéna Paris 75116

E-poçt ünvanı

paris@mission.mfa.gov.az

office_paris@mission.mfa.gov.az

consul_paris@mission.mfa.gov.az

Əlaqə nömrəsi

+33 (0) 1 44 18 60 20

+33 (0) 1 44 18 60 23

Qaynar xətt: +33 (6) 74740398 (WhatsApp)”

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…