Bəzi Türkiyə vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan ediib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub.
Tezadlar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub.
Qeyd edək ki, siyahıda 31 şəxsin adı yer alıb. Onlardan 3 nəfəri Akıt TV-nin aparıcılarıdır:
- Murat Şahin – Akıt TV- də proqram aparıcısı
- İrfan Kaya Ülger – Akıt TV- də proqram aparıcısı
- Fatin Dağistanlı – Akıt TV- də proqram aparıcısı.








