Pakistanın Pəncab əyalətinin Rajanpur bölgəsində sərnişin avtobusu İndus şossesində orta yolda çırpıldıqdan sonra aşıb.
Tezadlar.az xəbər verir ki, Geo News-un məlumatına görə, avtobus orta yolda çırpılaraq aşıb.
Qəzada on nəfər ölüb, 32 yaralı isə tibb müəssisələrinə aparılıb.
Pəncabın baş naziri Məryəm Nəvaz insan itkisinə görə kədərini bildirib və ölənlərin ailələrinə başsağlığı verib.
Nəvaz hakimiyyət orqanlarına qəzada məsul olanlara qarşı dərhal tədbir görülməsini tapşırıb.
Qəzadan sonra Rajanpur Rayon Mərkəzi Xəstəxanasında və yaxınlıqdakı digər xəstəxanalarda fövqəladə vəziyyət elan edilib.
ELBAR







