Erməni nazir Ermənistanın Əsas Qanunu dəyişdirənə qədər Bakının sülh müqaviləsi imzalamaq niyyətində olmadığını vurğulayıb…
Ermənistan KİV-nin məlmatına görə, ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komitəsində bildirib ki, Azərbaycan Ermənistan Konstitusiyasında dəyişikliklər tələb etmir, lakin sülh müqaviləsinin imzalanması üçün ilkin şərt qoyur.
“Azərbaycan Ermənistandan Konstitusiyanı dəyişdirməsini tələb etmir… Azərbaycan tələb etmir, əksinə açıq şəkildə iradələrini nümayiş etdirdiklərini, sənədi əvvəlcədən imzaladıqlarını, öhdəlik götürdüklərini, lakin Ermənistan Əsas Qanunu dəyişdirənə qədər imzalamadıqlarını bildirir”, – deyə Mirzoyan bildirib.
O, qeyd edib ki, “tələb” və “ilkin şərt” sözləri bir-birindən fərqləndirilməlidir…
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda “Biz yalnız bir son addımı – Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini gözləyirik. Bundan sonra, düşünürəm ki, yekun sülh sazişi reallığa çevriləcək”, – deyə vurğulamışdı.
Y.Məmmədli







