Əsas məzmuna keç

Falçılar, cadugərlər, “saxta mollalar”, əxlaqsızlıq edənlər xüsusi məlumat bazasına daxil ediləcək

Tacikistan Daxili İşlər Nazirliyi falçıları, cadugərləri, “saxta mollaları”, əxlaqsızlıqla məşğul olan qadınları və onların müştərilərini və yaxınlarını xüsusi məlumat bazasına daxil etməyə başlayıb. Həmin şəxslərə nəzarət həyata keçiriləcək.

RBK xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Siyahıya narkotik vasitə istifadəçiləri və bu cür fəaliyyətlə əlaqəli digər şəxslər də daxil edilir. Nazirlik bu tədbirlərin “xurafatın, falçılığın və cadugərliyin” qarşısını almaq məqsədi daşıdığını bildirib.

“Onlar daimi nəzarət altında saxlanılacaqlar”, – deyə məlumatda qeyd olunub. Bildirilib ki, məlumat bazasındakı informasiyalar müvafiq qurumların sorğuları əsasında təqdim ediləcək.

Nazirlik vətəndaşları sadalanan kateqoriyalara aid şəxslərdən “uzaq durmağa” çağırıb. Qurum bununla onların özlərinin xüsusi qeydiyyata düşməsinin və “övladlarının qarşısında adlarına ləkə gətirməsinin” qarşısını almağın vacibliyini vurğulayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…