İsrail ordusu işğal olunmuş Qərb Şəriyəsinin cənub hissəsində yerləşən Hebron şəhərində üç gündə 50 nəfəri saxlayıb.
Tezadlar.az xəbər verir ki, Fələstin vətəndaş cəmiyyəti təşkilatı olan Məhbuslar Cəmiyyəti İsrail qüvvələrinin Qərb Şəriyədəki son hərəkətləri ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, İsrail qüvvələri son üç gündə Hebronda 50 fələstinlini saxlayıb və yüzlərlə insanı yerində dindirib.
Hebron şəhəri iki fələstinlinin iki İsrail əsgərini öldürməsi və üç nəfəri yaralamasından sonra cümə günü İsrail ordusu tərəfindən başladılan hərbi əməliyyatın bir hissəsi olaraq üç gündür mühasirədədir.
Cəmiyyətin bəyanatında həmçinin göstərilir ki, İsrail qüvvələri mühasirədə olan Hebronda yüzlərlə evi, binanı və müəssisəni hədəf alan söküntü fəaliyyətlərini davam etdirir və şəhərin infrastrukturuna ciddi ziyan vurur. İsrail əsgərləri yüzlərlə evə basqın etməyə davam edir və yüzlərlə ailəni didərgin salır.
ELBAR







