Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində iştirak yerli vaxtla saat 18:00-a (Bakı vaxtı ilə saat 21:00) 64,89%-ə çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Milli Seçki Komissiyası (MSK) məlumat verib.
Əvvəlki seçkilərdə, 2023-cü ildə, bu vaxta qədər iştirak 51,91% təşkil edib.
Səsvermə yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə saat 23:00) qədər davam edəcək. MSK 6.451.292 seçici qeydiyyata alıb və onlar dörd illik müddətə 250 deputat seçəcəklər.
Əsas namizədlərin 27 sentyabrda prezident vəzifəsindən istefa verən Aleksandr Vuçiçin rəhbərlik etdiyi hakim Serbiyanın Mütərəqqi Partiyasının “Birləşmiş Serbiya” siyahısının və ilk namizədi Novi Sad kardioloqu İlija Srdanoviç olan “Tələbə Siyahısı” alyansının nümayəndələri olacağı gözlənilir.
ELBAR







