İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə növbəti köç həyata keçirilib. Dövlət Qaçqınkom- dan tezadkar.az-a verilən məlumata görə, bu mərhələdə Ağdam şəhərinə 70 ailə – 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə – 34 nəfər olmaqla, ümumilikdə 78 ailə – 272 nəfər doğma yurduna qayıdıb. Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Doğma yurdlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar torpaqların işğaldan azad edilməsində iştirak edən Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını ifadə edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Yurda qayıdışımız əbədidir!







