Tarkan “Oyan” mahnısını ingilis dilinə uyğunlaşdıraraq, bu il ilk dəfə Türkiyənin ev sahibliyi edəcəyi dünyanın ən vacib iqlim sammiti olan COP31 üçün ifa edib.
Tezadlar.az xəbər verir ki, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi dünyanın ən vacib iqlim təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 31-ci Tərəflər Konfransına (COP31) hazırlıqlarını davam etdirir.
9-20 noyabr tarixləri arasında Antalyada keçiriləcək tədbirlər üçün bir çox sənətçi və könüllü maarifləndirmə layihələri həyata keçirir.
Bunun bir hissəsi olaraq, Türkiyənin “Meqa Ulduzu” Tarkan özü yazdığı və bəstələdiyi “Oyan” mahnısını ingilis dilinə uyğunlaşdıraraq COP31 üçün ifa edib. Musiqi videosunda iqlim dəyişikliyi ilə bağlı təəccüblü görüntülər yer alır.
Dünyada hərəkətə çağıran sözlər
“Oyan” mahnısının türkcə sözləri belədir:
“Gözlərində yaşla/ Hamımıza səslənir/ Gəl və bu ağrını azalt/ Yerə düşməyimə icazə vermə/ Qanadı sınmış quş kimi/ Ürəyim qanayır, deyir/ Məni oda atmazdan əvvəl/ Vicdanından soruş, deyir/ Oyan, hərəkətə keç/ Vaxtımız bitməmiş əlini ürəyinə qoy/ Bu yolun yoxuşlu olduğunu demə/ İnansan dağları aşacağıq/ Oyan, oyan, dostum, oyan/ Vaxtımız bitməmiş əlini ürəyinə qoy/ Bir olsaq, uğur qazanacağıq/ İnansan hər şey mümkündür/ Həmişə belə olub, həmişə belə olacaq/ Bu sözlərlə özünü aldatma/ Kim bilir, bəlkə də mübarizəmiz dəyərlidir/ Həqiqətə yapış, doğru olana yapış….”
Türkiyə əvvəllər COP31 üçün “Lets COP” adlı ingilis mahnısı hazırlamışdı.
ELBAR






