Şimali Koreyanın taktiki ballistik raketlərdə istifadə üçün nəzərdə tutulmuş kaset başlığını sınaqdan keçirdiyi bildirilir. Məqsəd ilin sonuna qədər hərbi bölmələrinin bu silahların dörd növündən istifadə edə bilməsini təmin etməkdir.
Tezadlar.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, dünən keçirilən sınaqda kaset başlığının döyüş şəraitində uyğunlaşma qabiliyyəti və dağıdıcı gücü qiymətləndirilib.
İddia edilirib ki, “Standart Tip 2” kaset başlığı “ən yüksək intensivlikdə 12-13 hektar hədəf sahəsini külə çevirə bilər”.
KCNA-nın məlumatına görə, Şimali Koreya əməliyyat məqsədlərindən asılı olaraq bu ilin sonuna qədər hərbi bölmələrinin bu silahların dörd növündən istifadə edə bilməsini hədəfləyir.
Cənubi Koreyanın Birgə Qərargah Rəisləri Komitəsi (JCS) NK News-a bildirib ki, dünən Şimali Koreyanın Yapon dənizinə (Şərq dənizi) doğru raket atışı aşkar ediblər.
Çoxsaylı kiçik partlayıcı mərmiləri geniş bir əraziyə səpələyən kaset bombaları, hücumdan uzun müddət sonra partlamamış hərbi sursatların mülki əhali üçün təhlükə yaratmasına səbəb olur.
ELBAR







