İran Xarici İşlər Nazirliyi Britaniya Kral Hərbi Dəniz Qüvvələrini və Hərbi Hava Qüvvələrini “terror təşkilatları”, Britaniya xarici kəşfiyyat xidməti MI6-nı isə “düşmən qrupu” elan etdiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın dəniz və hava qüvvələri ilə bağlı açıqlama yayıb.
Bəyanatda deyilir: “Son bir ildə Böyük Britaniyanın İrana qarşı həyata keçirdiyi düşmənçilik hərəkətlərinə, məsələn, İnqilab Keşikçiləri Korpusunu 2026-cı il Dövlət Təhdidləri Qanununa daxil etməsinə cavab olaraq, 1 noyabr 2026-cı il tarixindən etibarən Britaniya xarici kəşfiyyat xidməti MI6 düşmən qrupu hesab ediləcək və Britaniya Kral Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri terror təşkilatları kimi təyin ediləcək.”
Açıqlamada həmçinin bu qərarın beynəlxalq hüquq və qarşılıqlılıq prinsipi çərçivəsində verildiyi bildirilir.
ELBAR






