Ceyranbatan Su Təchizatı İdarəsinin su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil vəfat edib.
Tezadlar.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatının Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə əlaqədar hüquq-mühafizə orqanının və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar.
İlkin tibbi rəyə görə, Mahir Ramazanov ürəktutma səbəbindən dünyasını dəyişib.







