Əsas məzmuna keç

“Vağzal meydanı” metrosunun yaxınlığında güclü yanğın baş verib

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin “Vağzal meydanı” metro stansiyasının yaxınlığında güclü yanğın baş verib.

Bu barədə “1TV” məlumat yayıb.

Məlumata görə, yanğın körpünün üzərində yerləşən mağazalardan birində başlayıb və ətraf əraziyə yayılıb.

Hadisə yerinə yanğınsöndürən və xilasedici briqadalar cəlb olunub.

Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən kanala bildirilib ki yanğınsöndürənlər və xilasedicilər alovun daha geniş əraziyə yayılması təhlükəsini aradan qaldırıblar.

Yanğının başvermə səbəbi və hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…