Əsas məzmuna keç

Səhiyyə nazirinin müşaviri vəzifəsindən ayrılıb

Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.

Məlumata əsasən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb.

Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatında nazirin müşaviri vəzifəsinə təyin edilib. Yeni səhiyyə naziri Anar Bayramovun təyinatından sonra isə o, vəzifəsindən ayrılmaq qərarı verib.

Qeyd edək ki, E.Səmədov Aprel döyüşləri zamanı 4 günlük müharibədə 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı keçirib və Azərbaycan Prezidenti tərəfindən Hərbi xidmətdə Fərqlənmə medalı ilə təltif edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…