Əsas məzmuna keç

ABŞ Prezidenti Tramp İranla müharibəni yenidən başlatmaq üçün “tələsmədiyini” söyləyib

ABŞ Prezidenti Donald Tramp İranla müharibəni yenidən başlatmaq üçün “tələsmədiyini” bildirib.

Tezadlar.az xəbər verir ki, “Axios” xəbər platformasına verdiyi qısa müsahibədə Prezident Tramp 3 noyabr aralıq konqres seçkilərindən əvvəl İran məsələsini qiymətləndirib.

ABŞ Prezidenti hələ İranla müharibəni yenidən başlatmaq barədə dəqiq qərar vermədiyini bildirib.

Tramp deyib: “Biz bu və ya digər şəkildə bir şey edəcəyik, amma tələsməyə ehtiyac yoxdur. Biz onları maliyyə cəhətdən iflasa uğratdıq; onların pulu, benzini yoxdur və xalqı getdikcə daha çox bezir”.

Tehran administrasiyası ilə bağlı Tramp deyib: “Biz onlarla danışırıq, hər şey yaxşı gedir. Onların problemi ondadır ki, onlar daim bizi dayandırmağa çalışırlar. İran tərəfində düşündüyünüz qədər təcililik yoxdur, amma onlar hər zamankindən daha çox razılaşma əldə etməyə can atırlar”.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…