İranın cənubundakı Hörmüz boğazında yerləşən Qeşm adasında beş partlayış səsi eşidilib.
Tezadlar.az xəbər verir ki, İran dövlət xəbər agentliyi IRNA-nın məlumatına görə, Qeşm adasında partlayışlar bir-birinin ardınca baş verib.
Partlayışların intensivliyinə görə, onların adanın daxilində tək bir nöqtədə baş verdiyi ehtimal olunur. Bəzi ada sakinləri başlarının üstündə iki təyyarənin uçduğunu bildiriblər.
İran hakimiyyəti hələlik partlayışlarla bağlı rəsmi açıqlama verməyib.
ELBAR







