Rusiyanın dondurulmuş aktivlərinin əsas hissəsi müsadirə olunarsa, Avropa İttifaqı (Aİ) “ağrılı cavab” ilə üzləşəcək.
Tezadlar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski RİA Novosti agentliyinə müsahibəsində bu barədə xəbərdarlıq edib.
O, Moskvanın öz maraqlarını qorumaq üçün əlavə tədbirlər hazırladığını, lakin onların mahiyyətini vaxtından əvvəl açıqlamağı yersiz hesab etdiyini bildirib.
Lakin diplomat Rusiyanın cavabının ağrılı olacağını və beynəlxalq münasibətlərdə qarşılıqlılıq prinsipinə tam uyğun olacağını vurğulayıb.
Daha əvvəl İsveç Baş nazirinin səlahiyyətlərini icra edən Ulf Kristersson bildirib ki, hazırda Aİ-nin dondurulmuş Rusiya aktivlərini müsadirə etmək şansı yoxdur.
ELBAR







