İzmirin Əliağa rayonundakı dəmir-polad fabrikində baş verən və 18 nəfərin ölümünə səbəb olan partlayışla bağlı saxlanılan 11 şübhəlidən doqquzu həbs edilib, şirkətin idarə heyətinin sədri də daxil olmaqla iki şübhəli isə məhkəmə nəzarəti altında ev dustaqlığı şəklində sərbəst buraxılıb.
Tezadlar.az xəbər verir ki, Əliağa Baş Prokurorluğu tərəfindən aparılan istintaqda dünən jandarmada prosedurlardan sonra məhkəmə binasına gətirilənlərdən 9-u növbətçi hakim tərəfindən həbs edilib.
Şirkətin idarə heyətinin sədri də daxil olmaqla iki şübhəli məhkəmə nəzarəti altında ev dustaqlığı şəklində sərbəst buraxılıb.
Qeyd edək ki, 9 noyabrda İzmirin Əliağa rayonundakı HABAŞ Dəmir və Polad Zavodunda baş verən partlayış nəticəsində 18 nəfər həlak olub.
Hadisə ilə bağlı şirkətin idarə heyətinin sədri, fabrik müdiri və işəgötürənin nümayəndəsi, keyfiyyət və planlaşdırma meneceri, inzibati menecer, şirkətin Əliağa filialının müdiri, polad zavodunun müdiri, mexaniki təmir rəisi, polad zavodunun rəisi, dövri yoxlama mühəndisi, şöbə mühəndisi və kran mexaniki təmir mühəndisi də daxil olmaqla 11 şübhəli saxlanılıb.
ELBAR







