Noyabrın 12-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhəri və vilayəti ballistik raketlərlə vurulub.
Tezadlar.az xəbər verir ki, gecə saatlarında Kiyevdə güclü partlayış səsləri eşidilib.
Yerli monitorinq qruplarının yaydığı məlumata görə, Kiyevə və onun bölgəsinə 10-a yaxın ballistik raket atılıb. Əsas hədəf isə enerji və kritik, logistik infrastrukturlar olub.
Kiyev şəhər meri Vitali Kliçko əhalini sığınacaqlarda məskunlaşmağa çağırıb.
Kiyev vilayət Hərbi Administrasiyasının verdiyi məlumata görə, raket zərbələri nəticəsində dağıntılar qeydə alınıb, xəsarət alanlar var.







