Əsas məzmuna keç

Nazpəri Dostəliyevaya müəllimlik təklifləri gəlib

Xalq artisti Nazpəri Dostəliyeva universitetdəki fəaliyyətini dayandırması haqda sualları cavabsız qoyub.

Tezadlar.az xəbər verir ki, müğənni bu barədə “Qonaqcanlı” proqramında danışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərdiyini, 2021-ci ildə isə bu işdən tamamilə uzaqlaşdığını bildirib.

Nazpəri hazırda ona yenidən müəllimliklə bağlı təkliflər gəldiyini açıqlayıb:

“İndi təklif gəlib. Düşünürəm, baxarıq. Milli Konservatoriyadan, İncəsənət Universitetindən dəvət var. Gözəl tələbələrim, gözəl işlərim var”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…