Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Tezadlar.az xəbər verir ki, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralında, rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosikletlə “Atego” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü olan rayon sakini, 2005-ci il təvəllüdlü E. Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.







