İtaliya Məlumatların Mühafizəsi Orqanı (Garante della Privacy), Facebook tətbiqinin Android istifadəçilərinin qalereyalarındakı foto və videolara icazəsiz daxil olmasına icazə verdiyinə görə Meta şirkətini 805 milyon avro cərimələyib.
Tezadlar.az-ın məlumatına görə, organizasiyanın yazılı açıqlamasında bildirilir ki, İrlandiyada yerləşən Meta şirkəti Facebook tətbiqinin Android istifadəçilərinin qalereyalarındakı foto və videolara icazəsiz daxil olmasına icazə verdiyinə görə 805 milyon avro cərimələnib və bu funksiya 60 gün ərzində deaktiv edilməlidir.
Cərimə Facebook tətbiqinin xüsusi icazə almadan və istifadəçiləri lazımi qaydada məlumatlandırmadan İtaliya Android istifadəçilərinin smartfonlarında saxlanılan foto, video və əlaqəli məlumatlara daxil olmasına əsaslanır.
Bu qərar 2023-cü ildə təqdim edilən “Facebook-da gəzərkən qalereyanızdan təkliflər alın” funksiyası ilə əlaqədardır.
Tətbiqin bu funksiyası ilə bağlı araşdırma Bolzano İstehlakçı Hüquqlarının Müdafiəsi Mərkəzi tərəfindən 2025-ci ilin iyul ayında verilən şikayətdən sonra başlanıb.
Mərkəz cərimənin məbləğinin müəyyən edilməsi zamanı bir neçə amilin, o cümlədən İtaliyada təxminən 20 milyon Android istifadəçisinin, pozuntunun müddəti, şirkətə qarşı 2019-cu ildə görülmüş əvvəlki tədbir və araşdırma zamanı əməkdaşlığın olmamasının nəzərə alındığını bildirib.
Bəyanatda cərimənin qrupun qlobal dövriyyəsinin təxminən 0,47%-nə bərabər olduğu bildirilib.
ELBAR







