Əsas məzmuna keç

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını alıb

Bəhreyn Müdafiə Qüvvələri hava hücumundan müdafiə sistemlərinin krallığı hədəf alan bir neçə İran hava hücumunun qarşısını aldığını bəyan edib.

Tezadlar.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bəhreynli rəsmilər İranın krallığa qarşı sistematik təcavüzünü davam etdirməkdə ittiham edərək, Müdafiə Qüvvələrinin mərmiləri hədəflərinə çatmazdan əvvəl zərərsizləşdirdiyini bildirib.

“İran Bəhreyn krallığını hədəf alan xain hücumlarını davam etdirir”, – məlumatda qeyd olunub.

Bəhreyn ordusu əlavə edib ki, bütün bölmələri və silahları yüksək döyüş hazırlığı vəziyyətindədir, krallığı növbəti zərbələrdən müdafiə etməyə tam hazırdır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…