Əsas məzmuna keç

Fransada milli poçt operatorunun filialına kiberhücum

Fransa milli poçt operatoru La Poste-nin rəqəmsal filialı olan Maileva-nı hədəf alan kiberhücum 22 milyon insana məxsus məlumatların oğurlanması ilə nəticələnib.

Tezadlar.az xəbər verir ki, yerli medianın məlumatına görə, La Poste ilə əlaqəli korporativ sənəd və onlayn poçt platforması olan Maileva sentyabrın ortalarında kiberhücuma məruz qalıb.

Kiberhücum platformanın 22 milyon istifadəçisinin şəxsi məlumatlarının oğurlanması ilə nəticələnib.

La Poste hücumun Fransa Məlumatların Mühafizəsi Orqanına bildirildiyini və araşdırmanın başlandığını bildirib.

Bu ayın əvvəlində Fransanın Credit Mutuel Arkea bankı da kiberhücuma məruz qalıb və nəticədə 133 milyon dollardan çox kriptovalyuta oğurlanıb.

Oktyabr ayında ölkədəki yüzlərlə supermarketin soyuducu sistemlərini hədəf alan kiberhücumlar qida korlanmasına və maliyyə itkilərinə səbəb olub. Fransa Xarici İşlər Nazirliyi soyuducu sistemlərinə edilən hücumda İran İnqilab Keşikçilərini günahlandırıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…