Gəncədə 42 yaşlı kişi yaşayış binasından yıxılıb.
Tezadlar.az xəbər verir ki, hadisə şəhərin İsax Cəfərov küçəsi, bina 3 ünvanında qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Arzu Baxşəliyev ehtiyatsızlıq nəticəsində yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
O, Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya çatdırılıb. Hazırda zərərçəkənin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.







