Əsas məzmuna keç

Bu il peşə təhsili almaq üçün 52 min nəfər müraciət edib

Peşə təhsilinə qəbulda qadınların payı 2022-ci ildəki 32 faizdən 2026-cı ildə 42 faizə yüksəlib. Tezadlar.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə Təhsili Forumu 2026” tədbirində çıxışı zamanı deyib. O bildirib ki, 2026-cı ildə peşə təhsili almaq üçün 52 min nəfər müraciət edib, qəbul olunanların sayı isə 28 minə çatıb. İlqar Bayramlı, həmçinin qeyd edib ki, dövlət sifarişli qəbul yerlərinin sayı 2022-ci ildə təxminən 16 min olduğu halda, 2026-cı ildə 23 minə yüksəlib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…