Əsas məzmuna keç

İlqar Həbiyev Xəzərin sahilboyundakı qanunsuz fəaliyyətlərlə mövcud qanunlarla mübarizənin çətin olduğunu deyib

Xəzər dənizinin sahilboyu əraziləriində ayrı-ayrı əlaqəsiz fəaliyyətlərə müəyyən mənada məhdudiyyətlər qoyulmalıdır.

Tezadlar.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev cümə axşamı Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Xəzər dənizində iqlim dəyişiklikləri səbəbindən müəyyən problemlər yaranır, dəniz geri çəkilir və bu müəyyən vəzifələr yaradır:

“Sahilboyu ərazilərdə eyni zamanda antropogen təsirlər, qanunsuz fəaliyyətlər də mövcuddur. Təbii ki, dövlət orqanları bu işin qarşısını almağa çalışırlar, amma bəzən proseslər elə qarşısıalınmaz rol daşıyır ki, mövcud qanunlar çərçivəsində bu mübarizəni aparmaq olduqca çətinləşir və indiki mərhələdə biz yeni bir istər institusional, istər hüquqi baxımdan yeni mərhələyə keçirik”.

O əlavə edib ki, bu ərazilər istər su obyekti kimi, istər quru ərazilər, həm də bir iqtisadi resursdur:

“Bundan dövlət əhəmiyyətli nəticələrə nail olmalıyıq. Ərazilərdə ayrı-ayrı əlaqəsiz fəaliyyətlərə müəyyən mənada məhdudiyyətlər qoyulmalıdır, eyni zamanda dövlətin iqtisadi resurslardan əldə edəcəyi gəlirlərin və sahibkarlığın, eyni zamanda vətəndaşların hüquqlarının təmin olunması məsələləri, istirahət, rekreasiya baxımından çox önəmlidir”.

İlqar Həbiyev qeyd edib ki, sahilboyu ərazilərdə 3 227 qanunsuz tikili aşkarlanıb.

Onun sözlərinə görə, sahilboyu ərazilərdə aşkar edilən qanunsuz tikililərin tikilialtı sahəsi ümumilikdə 58,9 hektar təşkil edir.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…