Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İstanbulda baş verən partlayışla əlaqədar saxlanılan şəxsin kimliyi məlum olub və o, PKK ilə əlaqəsi olduğunu etiraf edib.
Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, bu barədə İstanbul polis idarəsindən bildirilib. Vurğulanıb ki, Ahlam Albashır Suriya əsillidir. O, PKK-çılar tərəfindən ələ alındığını və partlayıcını ictimaiyyət nümayəndələrinin sıx toplaşdığı əraziyə yerləşdiriləcəyini boynuna götürüb…
Xatırladaq ki, dünən İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Onların da PKK ilə əlaqələrinin olub-olmaması araşdırılır…
A.Məmmədli