6 Avqust 2021 / 03:55

PAşINYAN İRANıN YENI SEçILMIş PREZIDENTIN ANDIçMə MəRASIMINDə TELEFONLA OYNADı

Dünən Tehranda  İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak edən Ermənistanın Baş naziri Nikol Paşinyanın diplomatiya yaraşmayan hərəkəti erməni mətbuatında ciddi tənqidə, hətta təhqirə məruz qalıb. Belə ki, Paşinyan mərasim zamanı telefonla oynayıb. 

news.am saytı xəbər verir ki, Paşinyanın bu hərəkətini barədə Ermənistanın Respublika Partiyasının vitse-sədri Armen Aşotyan Facebook səhifəsində bildirib. “Bu idiot diplomatiyanın nədən ibarət olduğunu, mədəniyyətin nə olduğunu, tərbiyənin nə olduğunu, məsuliyyətin nə olduğunu heç vaxt başa düşməyib. Şərqdə bu cür hörmətsizlik və tərbiyəsizlik halları unudulmur və bağışlanmır”, – deyə o qeyd edib.

Şakir QURBANOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!