Əsas məzmuna keç

Musa Nəbioğlu politoloq Mübariz Əhmədoğlunun cavabını çox sərt verdi

…Çoxdandır ortalıqda görünməyən, bir vaxtlar politoloq kimi ekranların bəzəyi olan Mübariz Əhmədoğlu bu günlərdə Borçalı və borçalıların ünvanına çox kəskin təhqiramiz ifadələr işlədib. Ona cavab verməkdənsə, bir dostumuz özünün facebook sosial şəbəkə hesabında yazır ki, Mübariz Əhmədoğlunun oğlu Əhməd Əlili “çoxlarının, o cümlədən mənim də hörmət etdiyim politoloqdur!
Borçalıları təhqir edən Mübariz Əhmədoğlunun oğludur. Hər kəsdən xahiş edirəm Əhməd bəyin xatirinə onun atasının dediklərinə görə əsəblərimizə sahib olaq!”
Ata politoloqun oğluna sözüm yox, ola bilsin deyildiyi kimi, lap yaxşı da politoloqdur, hörmətə də layiqdir. Amma həmin xahişi edən Uğurlu bəyə müraciət edirəm:
Deyirsiniz, sizin şəxsi münasibətinizə görə Borçalını və borçalıları təhqir edən birinə heç kəs söz deməsin? O zaman qoy hörmət etdiyiniz bu politoloq obyektivlik naminə, atasının səhv etdiyini desin, ən azından aranızda olan münasibətə görə sizdən üzr istəsin.
Qoy Əhmədin oğlu Mübariz desin görək, Borçalının cəsur oğulları I və II Qarabağ müharibəsində vuruşanda, onlarla şəhid veriləndə onun bu politoloq oğlu hardaydı? Və sonda, siz özünüz bu hörmət etdiyiniz politoloqdan soruşdunuzmu ki, atanız niyə belə qələt edib? Heç olmasa oğul politoloq bilirmi ki, atasının təhqirlə münasibət bildirdiyi məsələdə Azərbaycan dövlətinin, dini qurumlarla iş üzrə Komitənin və Allahşükür Paşazadənin məsuliyyəti də az deyil?
Fərqində deyillərmi ki, 7 ilə yaxındır quru yolları bağlı olanda orda yaşayan soydaşlarımızın Azərbaycanla mənəvi bağları da zərbə alacaqdı necə ki, aldı da! Bu boşluqdan istifadə edən qüvvələr tapıldı. Nəhayət, ata politoloqa bütöv bir eli təhqir etməyə kim icazə verib? Üfunətini mütləq Borçalıya və borçalılaramı yönlətməliydi? Borçalı ilə bağlı indiyədək hər hansı bir fikir bildirmişdimi?
Oğlu yaxşı politoloqdur deyə, 500 minlik bir toplumu təhqir edənə söz deməyək, iradımızı, etriazımızı bildirməyək? Öpüb gözümüzün üstünə qoyaq?
Musa NƏBİOĞLU
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…