Əsas məzmuna keç

“AXC-Müsavat cütlüyünün satqınlığı və səriştəsizliyi ölkəni anarxiya mühitinə sürükləmişdi”- deputat Kamal Cəfərov

kamal ceferov deputat

Ölkəmizin siyasi tarixində dönüş nöqtəsi sayılan hadisələr və bu proseslərdə formalaşan qurumlar bu gün dövlətin dayanıqlığını və ictimai həmrəyliyini şərtləndirən əsas amillərdəndir. Yeni Azərbaycan Partiyasının yaranması və sonrakı inkişaf xətti Azərbaycanın mürəkkəb dövrlərdən keçərək mövqeyini necə möhkəmləndirdiyini göstərir.

Milli Məclisin deputatı Kamal Cəfərov partiyanın təsis edilməsini ölkənin o dövrdəki ictimai-siyasi vəziyyəti fonunda dəyərləndirib:

“Partiyanın yaranması təsadüf deyildi, o vaxt ölkə daxilindəki gərginlik və qeyri-müəyyənlik cəmiyyətdə yenilənmə ehtiyacı yaratmışdı. Partiyanın yaranması ərəfəsində AXC-Müsavat cütlüyünün satqınlığı və səriştəsizliyi ölkəni anarxiya mühitinə sürükləmişdi. Məhz belə bir məqamda Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək təşəbbüslə çıxış etdilər və bu məqsədlə xalqın lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Dövrün reallığını nəzərə alaraq “91-lər”in müraciətini qəbul edən Ulu Öndər ölkəmizi qoruyaraq inkişaf mərhələsinin əsasını qoydu”.

Deputat partiyanın sonrakı fəaliyyətində varislik və siyasi ardıcıllığın əhəmiyyətini də qeyd edib:

“Siyasi qurumun uzunömürlülüyü yalnız keçmişdəki addımlarla ölçülmür, bu əsasən dəyişən şəraitə uyğunlaşmaq bacarığından asılıdır. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya yeni zirvələrə doğru inamla addımlayır”.

Kamal Cəfərov son qurultay və mövcud ictimai-siyasi vəziyyət kontekstində qarşıda duran vəzifələrə də toxunub:

“Ölkənin suverenliyinin tam bərpasından sonra formalaşan yeni reallıq siyasi partiyaların qarşısına da fərqli tələblər qoyur. Seçkilərdə göstərilən etimad və qurultayda qəbul edilən yeniliklər partiyanın daxili işini dövrün tələblərinə uyğunlaşdırmaq niyyətini ortaya qoyur. Bununla belə əsas məsələ sənədlərin və qərarların gündəlik işdə nəticə verməsidir, cəmiyyətlə açıq dialoq və səmimi münasibətim qorunması etimadı davamlı edir”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…