Əsas məzmuna keç

Bu il ötən illə müqayisədə 68,3% çox iş yeri bağlanıb, yeni iş yerlərinin sayı isə…

Bu ilin ilk doqquz ayı ərzində ölkədə 13,8 min iş yeri bağlanıb.

Tezadlar.az   Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bağlanmış iş yerlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 min iş yeri və ya 68,3% artıb. Belə ki, 2025-ci ilin ilk doqquz ayı ərzində ölkədə 8,2 min iş yeri bağlanmışdı.

Qeyd edək ki, bu ilin doqquz ayı ərzində ölkədə 79,5 min yeni iş yerləri açılıb. Ötən ilin eyni dövründə bu rəqəm 77,7 min iş yeri idi – illik artım 1,8 min yeni iş yeri və ya 2,3% olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…