Əsas məzmuna keç

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirdə medal qazanıb

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-Pri yarışında bürünc medal əldə edib.

Tezadlar.az  xəbər verir ki,  bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

İdmançımız J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində mübarizə aparıb.

İlham Zəkiyev 1/8 final mərhələsində britaniyalı Den İnqliş üzərində qələbə qazansa da, 1/4 finalda moldovalı İan Basokaya məğlub olub.

Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu məğlub edən idmançımız bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbek üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…