Əsas məzmuna keç

Xankəndi stadionunda ilk rəsmi futbol oyunu keçirilir

Bu dəqiqələrdə Xankəndi şəhər stadionunda Azərbaycan I Liqasının VIII turu çərçivəsində “Xankəndi” – “Karvan-Yevlax” matçı keçirilir.  Tezadlar.az xatırladır ki,  görüşü stadiondan iki minə yaxın azarkeş izləyir. Oyunda Azərbaycanın gənclər və idman naziri, Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri, digər rəsmi şəxslər və futbol ictimaiyyətinin nümayəndələri də iştirak edirlər. Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimovdur. Ona yan xətt hakimləri Sənan Atayev və Vüqar Bayramov, dördüncü hakim isə Nazim Abdullayev kömək edir.

Qeyd edək ki, bu, əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi futbol oyunudur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…