Əsas məzmuna keç

SEPAH ABŞ-ın Bəhreyndəki iki hərbi bazasına hücum edib və…

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəhreyndə yerləşən iki ABŞ hərbi bazasına hücum etdiyi bildirilir. Tezadlar.az xatırladır ki, “Fars” xəbər agentliyinin məlumatına görə, Şeyx İsa və Əl-Cüfeyr hərbi bazaları hədəfə alınıb. Agentlik hücumun ABŞ-ın hərəkətlərinə cavab olaraq həyata keçirildiyini bildirib. Hücumun nəticələri və mümkün itkilər barədə məlumat verilməyib. SEPAH hələlik hücumla bağlı rəsmi açıqlama yaymayıb.

Bəhreynin Daxili İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumata görə, İranın hücumu nəticəsində mülki sənaye obyektində yanğın baş verib “İranın hücumu nəticəsində mülki sənaye obyekti hədəfə alınıb və hadisə yerində yanğın başlayıb”, – deyə nazirliyin açıqlamasında bildirilib. Mülki müdafiə qüvvələri yanğının söndürülməsi istiqamətində iş aparırlar. İlkin məlumatlara əsasən, hücum nəticəsində maddi ziyan dəyib, xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Reuters isə məlumat yayıb ki, ABŞ Müdafiə Nazirliyinin komandanlığı bu hücuma sərt cavab veriləcəyini açıqlayıb.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…