Əsas məzmuna keç

Böyük uğur: İspaniyada Azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı açılıb

barselona magistratura xin

Noyabrın 20-də Barselonada yerləşən Abat Oliba CEU Universitetində İspaniyada Azərbaycanşünaslıq üzrə ilk magistratura proqramının rəsmi açılışı olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Məlumata görə, açılış mərasimində universitetin rektoru, Azərbaycanın İspaniyadakı səfiri, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru və digər fəxri qonaqlar çıxış ediblər. Tədbir çərçivəsində, həmçinin Anlaşma Memorandumu imzalanıb.

“Bu təşəbbüs Azərbaycan və İspaniya arasında akademik əlaqələrin möhkəmləndirilməsi, Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında biliklərin təşviqi, eləcə də akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm mərhələdir”, – deyə paylaşımda qeyd olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…