YouTube platforması ABŞ-də minlərlə məktəb dairəsinə təxminən 3 milyard dollar kompensasiya ödəmək barədə ilkin razılığa gəlib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” danışıqların gedişindən məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Videoplatforma şagirdlərdə asılılıq yaratmaqda və onların psixi sağlamlığına zərər vurmaqda ittiham olunur. İddialara görə, yutubun alqoritmləri və istifadə mexanizmləri uşaqların platformadan həddindən artıq istifadəsinə səbəb olur.
Razılaşmanın yeniyetmələrin zərərli məzmundan qorunması üçün əlavə tədbirləri də əhatə etdiyi bildirilir.
Qeyd edək ki, kompensasiya ilə bağlı razılaşma hələ yekunlaşmayıb. Sənədin qüvvəyə minməsi üçün məktəb dairələrinin əksəriyyətinin razılığı və ABŞ məhkəməsinin təsdiqi tələb olunur. Prosesin bir neçə ay çəkə biləcəyi gözlənilir.






