Əsas məzmuna keç

29 yaşlı məşhur müğənni Parsta Əhmədi İranda şallaqlandı – 2 il öncəki konsertinə görə…

İran hakimiyyəti məşhur müğənni Parsta Əhmədini musiqi və çəkiliş qruplarının üzvlərilə birlikdə şallaqlayıb: hər birinə 74 şallaq zərbəsi vurulub.

Cəza Əhmədinin hicabsız çıxış etməsi ilə bağlı olub.

Bu barədə BBC xəbər yayıb.

Vəkillərinin sözlərinə görə, şallaqlanma Qum şəhərində baş tutub. Burada müğənninin 2024-cü ildə YouTube kanalında canlı yayımlanan konsert hakimiyyətin diqqətini cəlb edib.

O zaman 29 yaşlı Əhmədi çiyinləri açıq və başı açıq paltarda çıxış edib.

İran qanunvericiliyi qadınların ictimai yerlərdə mahnı oxumasını qadağan edir və onlardan hicab və digər örtüklər geyinmələrini tələb edir.

Bu ilin iyun ayında Qumdakı cinayət məhkəməsi Əhmədi və daha səkkiz nəfəri “ədəbsiz və nalayiq materiallar” yayımlamaqda, “ictimai əxlaqı təhqir etməkdə” günahkar bilib.

Təqsirləndirilən şəxslər ittihamları rədd ediblər.

Şallaqlama ictimai xarakter daşımayıb. Təqsirləndirilən şəxslərin vəkillərindən birinin BBC-yə verdiyi məlumata görə, bu, Qumdakı Cinayət İslahı Departamentinin üçüncü şöbəsində baş verib.

Təqsirləndirilən şəxslərə 74 şallaq zərbəsi vurulmaqla yanaşı, iki il müddətinə video və ya audio materiallar yazmaq və ölkəni tərk etmək qadağan edilib.

Vəkillərinin bildirdiyinə görə, sentyabrın sonlarında Qumdakı apelyasiya məhkəməsi təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərini rədd edib və hökmü qüvvədə saxlayıb.

Hökm İran sənətçiləri və insan haqları fəalları tərəfindən qınaq dalğasına səbəb olub.

Onlar şallaqlanmanın qəddar, qeyri-insani və alçaldıcı cəza olduğunu və işgəncələrə dair beynəlxalq qadağaları pozduğunu vurğulayıblar.

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…