Əsas məzmuna keç

İrandan ABŞ-a təhdid: “Cavab paket şəklində veriləcək”

Səkkiz aydır davam edən ABŞ-İran münaqişəsində diplomatiya donub qaldığı bir vaxtda Tehran Vaşinqtonun dəniz blokadasına qarşı sərt bəyanat yayıb.

Tezadlar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-nin İran limanlarını blokada etməsini “birbaşa hərbi hücum” adlandırıb. Bu açıqlama “İran ABŞ-a hücum edəcəkmi?” sualını ortaya çıxarıb.

Səkkiz aydan çox davam edən müharibənin kölgəsində ABŞ və İran arasında Hörmüz boğazı və dəniz blokadası ilə bağlı gərginlik artır.

Tehranda kameralara danışan İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran neftinin qlobal bazarlara axınını dayandırmaq üçün aylardır davam edən Vaşinqtonun dəniz blokadasını hədəf alıb. Blokadanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulması olduğunu iddia edən Bəqayi Tehranın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edəcəyini açıqlayıb.

ELBAR     

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…