Əsas məzmuna keç

Jurnalist qəzada həyatını itirən Gülnarə Abdullayeva ilə bağlı bəzi saytların yazdıqlarına irad bildirdi

Saytlar noyabrın 23-də səhər saat 07:29-da, 2-ci mikroraroyonla üzbəüz yolda qəzada həyatını itirən 5 saylı məktəbin müəlliməsi Gülnarə Abdullayeva haqqında səhv informasiya yazırlar.

gulnare merhum

Tezadlar.az xəbər verir ki, bunu tanınmış jurnalist Gülnaz Qənbərli sosial media hesabında bildirib.
Onun sözlərinə görə, baş verən qəza hadisəsi müəllimə piyada keçidindən istifadə edən zaman baş verməyib və ümumiyyətlə, mərhum piyada keçidindən keçməyib:
“Bilib-bilmədən xəbər yazmayın. Hadisə yaşadığım evin qarşısında baş verib. Piyada keçidində olmayıb. Əksinə, rəhmətlik piyada keçidindən keçsəydi, indi həyatda olardı. Piyadalar cəmi beş metr məsafəni qət edib zebradan keçmək əvəzinə, hardan gəldi keçirlər. Allah Gülnarə xanıma rəhmət eləsin”.

Qeyd edək ki, Əməkdar müəllim, şəhid Akif Abdullayevin həyat yoldaşı Gülnarə Abdullayeva avtomobil qəzası nəticəsində vəfat edib.Bu barədə ETİHİ (Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı) Nəsimi Rayon Komitəsi məlumat yayıb.

Mərhum Gülnarə Abdullayevanın həyat yoldaşı Akif Abdullayev 1993-cü ildə Füzuli rayonunun Horadiz kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…