Töhfə Ramiz qızı Cəmilova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsindən azad edilib.
Tezadlar.az xəbər verir ki, o, səhiyyə nazirinin müşaviri təyin edilib.
Qeyd edək ki, Töhfə Cəmilova 2026-cı ildə əvvəlcə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İdarə Heyəti sədrinin müşaviri, daha sonra AQTA Aparatında şöbə müdiri vəzifəsində çalışıb. Mayın 4-də isə TƏBİB-in icraçı direktorunun müşaviri təyin edilib.







