Tezadlar.az Trend-ə istinadən xəbər verir ki, xəbər verdiyimiz kimi, noyabrın 25-də Bakıda “Sabah” və “Barselona” komandaları arasında keçirilən futbol matçı zamanı Krasnoyarsk diyarından olan azarkeş vəfat edib.
Trend xəbər verir ki, 38 yaşlı Anton Petrişev matça baxmaq üçün bir gün əvvəl 11 yaşlı oğlu ilə birlikdə Azərbaycana səfər edib. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmanın ikinci hissəsində qəfil onun halı pisləşib və o, tribunada huşunu itirərək yerə yıxılıb.
——–
“Sabah” – “Barselona” oyununda ölən rusiyalı azarkeşlə bağlı yeni detallar bəlli olub.
Tezadlar.az “SHOT” “Telegram” kanalına istinadən xəbər verir ki, 39 yaşlı rusiyalı azarkeş Anton Aleksandroviç Petrişşev UEFA Çempionlar Liqasının (ÇL) sözügedən oyununu izləmək üçün Azərbaycana səfər edib.
“Matç zamanı halı pisləşən azarkeş huşunu itirərək tribunada yıxılıb. Ətrafdakıların çağırışı ilə həkimlər gəlsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimallara görə, ölümə ürək çatışmazlığı səbəb olub. Ölən şəxs əslən Krasnoyarsk diyarının İqarka şəhərindən olsa da, son bir neçə ili Moskvada yaşayıb.
O, layihələndirmə və tikinti şirkətinin baş direktoru vəzifəsində çalışıb, həmçinin daşınmaz əmlakın icarəsi ilə məşğul olub. İki uşaq atası olan Anton tez-tez Maldiv adalarında dincəlirmiş. O, əsasən “Lokomotiv Moskva” klubuna azarkeşlik edib. Ölümündən bir neçə gün əvvəl, yəni noyabrın 23-də Petrişşev 39 yaşını qeyd edib”, – deyə materialda bildirilib.
______________
Azərbaycanda Çempionlar Liqasının oyunu zamanı Rusiya vətəndaşı vəfat edib.
Tezadlar.az xəbər verir ki, SHOT-un məlumatına görə, 39 yaşlı azarkeş Bakıda keçirilən “Barselona” – “Sabah” matçı zamanı dünyasını dəyişib.
39 yaşlı Anton P. Çempionlar Liqasının oyununu izləmək üçün xüsusi olaraq Azərbaycana gəlib. Qarşılaşma zamanı qəfil halı pisləşən kişi huşunu itirərək tribunada yıxılıb.
Hadisə şahidləri tibbi yardım çağırıblar, lakin onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, ölümə ürək çatışmazlığı səbəb olub. Hazırda mərhumun meyiti morqdadır.
Məlumata əsasən, Anton Krasnoyarsk diyarının İqarka şəhərində doğulub, son bir neçə ildə Moskvada yaşayıb. O, layihə-tikinti şirkətinin baş direktoru olub.







