Əsas məzmuna keç

“Beşiktaş” qalmaqallı qarşılaşmadan qalib ayrıldı

UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda Türkiyənin “Beşiktaş” klubu İsrailin “Hapoel Beer-Şeva” komandasını 2:1 hesabı ilə məğlub edib. Tezadlar.az xəbər verir ki, Batumi şəhərindəki “Batumi Arena” stadionunda keçirilən qarşılaşmada hesabı 75-ci dəqiqədə Junior Olaytan açıb. 15 dəqiqə sonra Orkun Kökçü Duşan Vlahoviçin ötürməsindən sonra hesab arasındakı fərqi iki topa çatdırıb. 90+4-cü dəqiqədə Ceyvon İst qollardan birinin əvəzini çıxsa da, qonaqlar hesabı bərabərləşdirə bilməyiblər. Bu qələbədən sonra “Beşiktaş” 10 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. “Hapoel Beer-Şeva” isə bir xalla 35-ci yerdədir. Xatırladaq ki, oyun təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə “Beşiktaş” azarkeşləri arasında baş verən qarşıdurma səbəbindən yarımçıq dayandırılmış sonra isə bərpa edilmişdi.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…