Əsas məzmuna keç

Qubada itkin düşən şəxsin axtarışları ilə bağlı Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb

Qubada su kanalına düşərək itkin düşdüyü ehtimal olunan 28 yaşlı kişinin axtarışları davam etdirilir. Tezadlar.az xəbər verir ki, hadisə noyabrın 22-də Qudyalçayın Quba rayonundan keçən hissəsində baş verib. İlkin məlumata görə, Quba rayonunun Alpan kənd sakini, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov “KamAZ” markalı avtomobili üçün kanaldan su götürmək istəyərkən sürüşərək suya düşüb. Onun axtarışlarının asanlaşdırılması məqsədilə Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb. Hazırda axtarışlar davam etdirilir.

Qeyd edək ki, Xəyal Muradov iki uşaq atasıdır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…